Metamodernizm: postmodernizmdən sonra
ESSE Gerçəkliyi dərketmə axtarışları müstəvisində XX əsrdən XXI əsrə keçid üç böyük təfəkkür paradiqması ilə xarakterizə olunur: modernizm, postmodernizm və metamodernizm. Modernizm (inam və struktura cəhd): Modernizm xaosda olan dünyaya rasional nizamvermək, “mütləq həqiqət”i tapmaq cəhdi idi. Modernizmin saf optimizm – inam dövrü kimi xarakteristikası daha qabarıq görünür: Elmlə, böyük ideyalarla dünyanı xilas edə bilərik
