Xəlil Süleymanlı: “Süni intellekt hüquq sistemini yeni çağırışlarla üz-üzə qoyur”
Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə təsir göstərdiyi kimi, hüquq sisteminin qarşısında da tamamilə yeni çağırışlar yaradır. Artıq süni intellekt yalnız texnoloji yenilik deyil, həm də hüquqi məsuliyyət, şəxsi məlumatların qorunması, müəllif hüquqları, alqoritmik qərəzlilik və fundamental insan hüquqlarının təmin edilməsi kimi məsələlərin mərkəzində dayanır. Bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi həm milli, həm
