Süni intellekt texnologiyalarının sürətli inkişafı həyatın bütün sahələrinə təsir göstərdiyi kimi, hüquq sisteminin qarşısında da tamamilə yeni çağırışlar yaradır. Artıq süni intellekt yalnız texnoloji yenilik deyil, həm də hüquqi məsuliyyət, şəxsi məlumatların qorunması, müəllif hüquqları, alqoritmik qərəzlilik və fundamental insan hüquqlarının təmin edilməsi kimi məsələlərin mərkəzində dayanır. Bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsi həm milli, həm də beynəlxalq səviyyədə aktual müzakirə mövzusuna çevrilib.
Bəs mövcud qanunvericilik süni intellektin yaratdığı yeni hüquqi münasibətləri tənzimləmək üçün kifayət edirmi? Süni intellektin qərarlarına görə hüquqi məsuliyyət kimə aid olmalıdır? Şəxsi məlumatların təhlükəsizliyi və müəllif hüquqlarının qorunması necə təmin edilməlidir? Bu və digər aktual suallara aydınlıq gətirmək üçün Gundelik.az xəbər portalı tanınmış hüquqşünas, Bakı 25 saylı Mediasiya Təşkilatının mediatoru Xəlil Süleymanlı ilə həmsöhbət olub. Müsahibədə süni intellektin hüquqi müstəvidə yaratdığı əsas problemlər, onların mümkün həlli yolları və gələcək hüquqi tənzimləmə perspektivləri ətraflı təhlil edilir.
Xəlil müəllim, Süni intellektin inkişafı hüquqi tənzimləmə baxımından hansı yeni problemləri ortaya çıxarır?
