Gundelik.az Dünya Suriya müharibəyə hazır olduğunu bəyan edib
Dünya Xəbərlər

Suriya müharibəyə hazır olduğunu bəyan edib

Suriya müharibədən qorxmur və təhdid olunarsa döyüşməyə hazırdır.

Gundelik.az “Reuters”ə istinadən xəbər verir ki, bunu respublikanın keçid dövrünün prezidenti Əhməd əl-Şaraa deyib.

“Biz müharibədən qorxanlar deyilik. Biz həyatımızı çətinliklərin öhdəsindən gəlməyə və xalqımızı qorumağa həsr etmişik və suriyalıların maraqlarını xaos və dağıntıdan üstün tutmuşuq. Suriya xalqı onların ləyaqətinə təhlükə yaranarsa, döyüşməyə hazırdır”, – dövlət başçısı vurğulayıb.

Əl-Şaraa həmçinin druzlara müraciət edərək deyib ki, onların müdafiəsi Suriya hakimiyyəti üçün prioritetdir. O əlavə edib ki, Dəməşq druzları xarici qüvvələrin əlinə çəkmək cəhdini rədd edir.

İyulun 16-da İsrail Müdafiə Qüvvələri (IDF) Suriyanın Dəməşqdəki Baş Qərargah kompleksinə zərbələr endirdiyini bildirib. Daha sonra İsrail qüvvələri Suriya prezident sarayına da zərbələr endirib.

Suriya hakimiyyəti silahlı druz qrupları ilə Suriyanın cənubunda hərbi əməliyyatlara son qoymaq üçün razılığa gəlib.

Gundelik.az

Exit mobile version