Ukrayna 2022-ci ildə dayandırdığı Suriya ilə diplomatik münasibətləri yenidən qurub.
Gundelik.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ukrayna Prezidenti Vladimir Zelenski və Suriyanın yeni seçilmiş Prezidenti Əhməd əl-Şaraa iştirak ilə diplomatik münasibətlərin bərpasına dair kommünike imzalanıb.
Xatırladaq ki, Ukrayna 2022-ci ildə Suriya hakimiyyətinin LPR və DXR-i tanımasından sonra Dəməşqlə diplomatik əlaqələri kəsmişdi.
Qeyd edək ki, sentyabrın 21-də Suriyanın hazırkı prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-a səfər edib. Bu, Suriya dövlət başçısının ABŞ-a 1967-ci ildən bəri ilk sənədli səfəridir.
Bundan əvvəl Suriya hakimiyyəti keçmiş prezident Bəşər Əsədin Rusiyadan ekstradisiyasını tələb etdiyini açıqlamışdı. Prezident Əhməd əl-Şaraa isə bəyan edib ki, ölkə rəhbərliyi Əsədi mühakimə etmək niyyətindədir.
Eyni zamanda, ABŞ-ın Suriyadakı səfiri bölgədə sülhün heç vaxt mümkün olmayacağını bildirib.
Gundelik.az

