Azərbaycanda əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Onların həyat şəraitinin yaxşılaşdırılması, mənzillərlə təmin olunması istiqamətində mərhələli şəkildə tədbirlər görülür.
Gundelik.az-ın məlumatına görə, bu istiqamətdə növbəti addım kimi Gəncə şəhəri və Ağdaş rayonunda sözügedən kateqoriyaya aid olan şəxslər mənzillə təmin olunacaqlar.
Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə Gəncə şəhərində 16 ədəd birotaqlı, 16 ədəd ikiotaqlı və 8 ədəd üçotaqlı mənzilin, Ağdaş rayonunda isə 20 ədəd ikiotaqlı və 27 ədəd üçotaqlı mənzilin verilməsi ilə bağlı müvafiq hazırlıqlara başlayıb.
Qurum sözügedən mənzillərin satınalınmasına 6,5 milyon manatdan çox vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Gundelik.az

