Gundelik.az Xəbərlər İqtisadiyyat Səudiyyə Ərəbistanı Suriyaya neft və elektrik enerjisi tədarük edəcək
Dünya İqtisadiyyat Xəbərlər

Səudiyyə Ərəbistanı Suriyaya neft və elektrik enerjisi tədarük edəcək

Səudiyyə Ərəbistanı və Suriya enerji sektorunda əməkdaşlığa dair anlaşma memorandumu imzalayıblar.

Gundelik.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyindən verilən məlumata görə, sənəd Krallığın energetika naziri şahzadə Əbdüləziz bin Salman ilə Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir arasında Ər-Riyadda keçirilən görüşdən sonra imzalanıb.

Müqavilə neft və qaz, elektrik enerjisi, neft-kimya, bərpa olunan enerji, enerji səmərəliliyi və telekommunikasiya kimi sahələri əhatə edir. Enerji layihələrinin tənzimlənməsi və həyata keçirilməsi sahəsində investisiya imkanları və təcrübə mübadiləsi də müzakirə edilib.

Tərəflər müxtəlif enerji sektorlarında əməkdaşlıq imkanlarını və onun inkişaf yollarını, o cümlədən neft və onun təchizatı, elektrik enerjisi, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi məsələlərini müzakirə ediblər.

ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına görə, silahlı münaqişə zamanı Suriyanın neft və qaz infrastrukturu xeyli zərər çəkib. 2011-ci ilə qədər ölkədə gündə təxminən 400 min barel neft hasil edilir və karbohidrogenlər ixrac edilirdisə, son illərdə hasilat həcmi 10 dəfədən çox azalıb.

Suriya əksər yanacaq növləri üzrə idxaldan asılı olaraq qalır.

Gundelik.az 

Exit mobile version