Gundelik.az Dünya Putin Suriya liderini Kremldə qəbul edəcək
Dünya Siyasət Xəbərlər

Putin Suriya liderini Kremldə qəbul edəcək

Rusiya Prezidenti Vladimir Putin bu gün, oktyabrın 15-də Kremldə Suriya Ərəb Respublikasının Prezidenti Əhməd əl-Şara ilə görüşəcək.

Gundelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Suriya liderinin Rusiyaya işgüzar səfəri çərçivəsində keçiriləcək görüşdə siyasi, ticarət-iqtisadi və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunacaq.

Tərəflərin, həmçinin Yaxın Şərqdə baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Gundelik.az 

Exit mobile version