İyul 21, 2026
Baku
⁠Ailə, qadın və uşaq Ədəbiyyat Xəbərlər

Sevil Ülvinin “Qadın istərsə” adlı kitabı işıq üzü görüb

Sevilən şairə Sevil Ülvinin  istedadla qələmə aldığı kitabı – “Qadın istərsə” nəfis tərtibatda nəşr olunaraq oxucuların ixtiyarına verilib.
Müəllifin yeni kitabında fəlsəfi, bədii və publisistik ruhda qələmə alınmış şeirlər yer alıb. Əsərlərdə Vətənə məhəbbət, təbiətin gözəlliyi, insanın mənəvi dünyası, dostluq, humanizm və milli-mənəvi dəyərlər geniş şəkildə tərənnüm olunur.
Kitabın əsas ideya xəttini qadına verilən dəyər, onun cəmiyyətdəki rolu və gücü təşkil edir. Eyni zamanda, türkçülük ideyası, milli birlik və mənəvi həmrəylik mövzuları da müəllifin poetik baxışında xüsusi yer tutur.
“Qadın istərsə” kitabında toplanmış şeirlər oxucunu düşünməyə, insanlığa, dostluğa, vətənpərvərliyə, milli kimliyə və yüksək mənəvi dəyərlərə səsləyir. Dərin fəlsəfi məzmunu və səmimi poetik dili ilə seçilən bu nəşr müasir Azərbaycan poeziyasına dəyərli töhfələrdən biri kimi qiymətləndirilə bilər.
Yeni kitabın poeziyasevərlər tərəfindən maraqla qarşılanacağı və geniş oxucu auditoriyasının rəğbətini qazanacağı gözlənilir.
         
Gundelik.az