Sentyabr 4, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Bakı Fond Birjası”nın dövriyyəsi azalıb

Bu ilin yanvar-avqust aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 28,429 milyard manat təşkil edib.

Gundelik.az-ın BFB-nin məlumatları əsasında hesablamasına görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 milyard manat və ya 34,8% azdır.

Eyni zamanda hesabat dövründə bağlanmış əqdlərin sayı 45 252 olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 25 423 vahid və ya 2,3 dəfə çoxdur.

BFB-nin dövriyyəsinin 24,352 milyard manatı repo əməliyyatlarının payına düşüb. Bu isə illik müqayisədə 13 milyard manat və ya 34,8% azdır.