Etyen Berxtold (Etienne Berchtold) Avstriyanın Azərbaycandakı yeni səfiri təyin edilib.
Bu barədə Gundelik.az-a Avstriyanın Bakıdakı səfirliyindən məlumat verilib.
“Etyen Berxtoldun avqustun sonunda Avstriyanın Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsinin icrasına başlayacağı gözlənilir”, – səfirlikdən vurğulanıb.
Qeyd edilib ki, Azərbaycana təyin edilməzdən əvvəl Berxtold Avstriyanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri vəzifəsində (2022-ci ilin avqustundan – red.) çalışıb.
O, daha əvvəl Avstriyanın Federal Kanslerliyində federal kanslerlər Karl Nehammer, Aleksandr Şallenberq və Sebastyan Kurtsun xarici və Avropa siyasəti məsələləri üzrə mətbuat katibi kimi işləyib.
E.Berxtold ixtisasca hüquqşünasdır.
