ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Avropa liderləri Volodimir Zelenskini Ağ Evdə prezident Donald Trampla görüş zamanı alçaldılmaqdan qorumaq məqsədi ilə ABŞ-yə gəlmirlər.
Bu barədə Gundelik.az “CBS News”a istinadən xəbər verir.
“Bu, həqiqətə uyğun deyil. Onlar Zelenskinin alçaldılmasının qarşısını almaq üçün buraya gəlməyəcəklər”, – Rubio “CBS News”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton Avropa ölkələri ilə konstruktiv münasibətlər saxlayır və bu çərçivədə liderlər görüşə dəvət olunublar. Rubio əlavə edib ki, ötən həftə ABŞ ilə Avropa ölkələri arasında danışıqlar aparılıb, bundan əvvəl isə Britaniyada bir sıra görüşlər keçirilib.
Xatırladaq ki, Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Avropa liderlərinin Zelenski ilə danışıqlar üçün Ağ Evə getmək qərarını “ehtiyat rəqqasələrin davranışı” adlandırmışdı. Onun sözlərinə görə, Zelenski bu vəziyyətdə “dana kimi qırğına gedir”.
Gundelik.az

