ABŞ Dövlət Katibi Marko Rubio ABŞ ilə İran arasında planlaşdırılan danışıqlar barədə danışıb. Danışıqlara açıq olduqlarını bildirən Rubio gözləntilərin çox yüksək qoyulmamalı olduğunu vurğulayıb. “Şəhidliyi vəzifədə yüksəliş hesab edən insanlarla danışıqlar aparmaq əyləncəli deyil” , deyən Rubio, ABŞ-ın danışıqlara qərəzli fikirlərlə yanaşmayacağını, lakin prosesin son dərəcə mürəkkəb olduğunu vurğulayıb. İsveçrənin Cenevrə şəhərində ABŞ ilə İran arasında planlaşdırılan danışıqlar beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olsa da, ABŞ Dövlət Katibi Marko Rubio proseslə bağlı diqqətəlayiq açıqlamalar verib. Danışıqlara açıq olduqlarını bildirən Rubio, gözləntilərin çox yüksək qoyulmamalı olduğunu vurğulayıb və deyib: “Biz buna müsbət və açıq yanaşacağıq, amma realist olmalıyıq; bu, çətin olacaq. Şəhidliyi vəzifədə yüksəliş hesab edən insanlarla danışıqlar aparmaq, yəqin ki, heç də əyləncəli deyil”.
ORBANA TAM DƏSTƏK
Macarıstanın paytaxtı Budapeştdə rəsmi danışıqlar zamanı Rubio Baş nazir Viktor Orban ilə birgə mətbuat konfransında çıxış edib. Liderlər arasında
şəxsi münasibətlərin ölkələr arasında əlaqələri gücləndirdiyini deyən Rubio, ABŞ prezidenti Donald Trampın Orbanın uğurunu birbaşa ABŞ maraqları ilə əlaqəli hesab etdiyini bildirib.
Rubu Macarıstanın iqtisadi sabitliyinin Vaşinqton üçün də vacib olduğunu qeyd edərək, ölkə maliyyə və ya siyasi çətinliklərlə üzləşərsə, Tramp
administrasiyasının prosesi yaxından izləyəcəyini və dəstək variantlarını nəzərdən keçirəcəyini əlavə edib. Lakin Rubionun əsas diqqəti İranla davam edən danışıqlar idi. ABŞ dövlət katibi prosesin çətinliyini vurğulayaraq deyib: “İranla razılığa gəlmək çətindir”.
Mənbə:Haberler.com
Tərtib etdi:Səid Mikayılzadə
Gündelik.az

