Geosiyasi gərginlik və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) sərt pul siyasəti fonunda ilin sonuna qədər qızılın qiyməti unsiya üçün 4000 dolları keçə bilər.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Qeyd olunub ki, sentyabrın 9-da qızılın qiyməti tarixi rekord vuraraq 3670 dolları ötüb. 2025-ci ilin əvvəlindən isə qiymətli metalın dəyəri təxminən 35% artıb.
BCS World of Investments şirkətinin analitiki Nikolay Maslikov bildirib ki, qeyri-sabitlik dövründə mərkəzi banklar ehtiyatlarını qızılla artırır və bu da qiymətlərin yüksəlməsinə təkan verir.
Ekspertlərin fikrincə, ABŞ və Çin arasında ticarət müharibəsinin dərinləşməsi, həmçinin Yaxın Şərqdə gərginliyin artması qızılın bahalaşmasını sürətləndirə bilər. Belə halda ABŞ-da inflyasiya yüksələcək, Fed isə uçot dərəcəsini yüksək saxlamaq üçün sərt pul siyasətini davam etdirməli olacaq.
Perm Politexnik Universitetinin eksperti Yuliya Starodumova isə qeyd edib ki, qızıl inflyasiya və iqtisadi qeyri-sabitlik dövründə dəyərini qoruyan etibarlı təhlükəsiz aktiv olaraq qalır.
Bundan əvvəl Rusiya dekabr ayında dolların 100 rubl olmasını da istisna etməmişdi.
Gundelik.az

