Gundelik.az Xəbərlər İqtisadiyyat Qızılın qiyməti yenidən artıb – unsiya 4000 dolları keçdi
İqtisadiyyat Xəbərlər

Qızılın qiyməti yenidən artıb – unsiya 4000 dolları keçdi

Dünənki enişdən sonra qızılın qiyməti bu gün yenidən yüksəlməyə başlayıb.

Gundelik.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:11-ə olan məlumata görə, Comex birjasında dekabr fyuçersləri təxminən 1% bahalaşaraq 1 unsiya üçün 4012,5 dollara çatıb.

Qızılın qiyməti ötən gün 2%-dən çox ucuzlaşmışdı. Bu eniş investorların son həftələrdə baş verən güclü artımdan sonra mənfəət götürməsi ilə əlaqələndirilir. Həmçinin İsrail və HƏMAS-ın ABŞ-ın təklif etdiyi sülh planının birinci mərhələsinə razılıq verməsi fonunda Yaxın Şərqdə gərginliyin azalması da qiymətlərə təsir edib.

Geosiyasi risklərin azalması adətən təhlükəsiz sığınacaq aktivləri, o cümlədən qızıl üçün mənfi amil hesab olunur. Lakin bazarda yaranan yeni gözləntilər fonunda qiymətlər bu gün artım meyli nümayiş etdirir.

Gundelik.az

Exit mobile version