Gundelik.az Dünya Nobel sülh mükafatı niyə Trampa verilmədi?
Dünya Siyasət Xəbərlər

Nobel sülh mükafatı niyə Trampa verilmədi?

ABŞ Prezidenti Donald Trampın Nobel sülh müküfatına iddiasını anlamaq çətindir. Bəlkə də, Nobel Komitəsinin tarixində belə hal olmayıb ki, kimsə özü Nobel mükafatı almaq üçün il ərzində “mükafat mənə verilməlidir” davamlı açıqlamalar versin.

Gundelik.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Tramp gələn il mükafata əsas namizədlərdən biri ola bilər: “Ağ Ev sahibi Qəzza ilə bağlı razılaşmanı daha əvvəl əldə etsəydi, o bu il mükafata əsas namizəd olacaqdı. Nobel Komitəsi sülh mükafatını alacaq namizədləri aylar öncə müəyyənləşdirib və həmin müddətdə Qəzzada hələ qətllər davam edirdi”.

Politoloq vurğulayıb ki, ədalət naminə Tramp ABŞ-nin keçmiş Prezidenti Barak Obamadan Nobel sülh mükafatına daha layiqlidir: “Barak Obama 2009-cu ildə beynəlxalq diplomatiyanı gücləndirmək üçün göstərdiyi səylərə görə Nobel sülh mükafatına layiq görülüb. Ancaq Obama xarici və təhlükəsizlik sahəsində elə bir uğur qazanmamışdı. Bakıda 1990-cı ilin yanvar ayında qətliama yaşıl işıq yandıran SSRİ-nin son lideri Mixail Qorbaçov da Nobel sül mükafatı almışdı”.

Qeyd edək ki, bu gün Nobel Komitəsi builki sülh mükafatının qalibini açıqlayıb. Mükafat Venesuela Milli Assambleyasının keçmiş əməkdaşı və parlament üzvü Maria Korina Maçadoya verilib.

Gundelik.az 

Exit mobile version