Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycan hansı ölkələrdən qızıl alır? – SİYAHI / QİYMƏTLƏR
İqtisadiyyat Xəbərlər

Azərbaycan hansı ölkələrdən qızıl alır? – SİYAHI / QİYMƏTLƏR

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 22 ölkədən 3,750 milyard ABŞ dolları dəyərində 38,459 min kiloqram qızıl idxal edilib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal edilən qızılın dəyəri 2,2 milyard ABŞ dolları və ya 2,5 dəfə, həcmi isə 18,554 min kiloqram və ya 1,9 dəfə artıb.

Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Amerik Birləşmiş Ştatları (ABŞ) daxil olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 2 113 kiloqram qızıl istehsal edilib. Qızıl istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 637 kiloqram və ya 43,1% artıb. Cari ilin sentyabr ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 114,5 kiloqram olub.

Cari ilin ilk səkkiz ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:

Ölkələr Qızılın həcmi (kq) Qızılın dəyəri (min ABŞ dolları)
Qazaxıstan 2556,83 262172,89
Qırğızıstan 417,36 44617,82
Özbəkistan 1226,92 124914,73
Rusiya 6783,68 656760,54
Amerika Birləşmiş Ştatları 4453,16 458836,39
Avstraliya 4120,75 368159,06
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 4860,9 481268,41
Braziliya 1021,46 953118,81
Cənubi Afrika Respublikası 2526,6 267467,72
Çin 1186,22 109542,7
Çinin xüsusi inzibati rayonu Honkonq 184,29 16723,14
Filippin 278,61 28344,69
İsveçrə 1470,02 145035,48
Kanada 1398,88 132316,32
Meksika 2557,6 233513,81
Türkiyə 1115,84 99250,42
Yaponiya 149,89 15586,09
Zimbabve 12,2 1133,44
Almaniya 1062,49 95859,22
İspaniya 692,15 73156,09
İsveç 38,16 4099,74
İtaliya 296,48 31249,34
Rumıniya 48,12 4960,59

Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Gundelik.az

Exit mobile version