Gundelik.az Xəbərlər İqtisadiyyat Qlobal qızıl tələbi 5% artıb
Dünya İqtisadiyyat Xəbərlər

Qlobal qızıl tələbi 5% artıb

Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, 2025-ci ilin üçüncü rübündə birjadankənar (OTC) əməliyyatlar nəzərə alınmadan qlobal qızıl tələbi ötən ilin eyni dövrü ilə müqayisədə 5% artaraq 1260 ton təşkil edib.

Bu barədə Gundelik.az quruma istinadən xəbər verir.

Məlumata görə, tələbin artımında investorların rolu həlledici olub. Hesabata əsasən, qızıl üzrə birja fondlarına (ETF) alışlar 222 tona çatıb, sikkə və külçə şəklində fiziki qızıla tələbat isə 316 ton olub. Bu, ardıcıl dördüncü rübdür ki, fiziki qızıl tələbi 300 ton həddini keçib.

Mərkəzi bankların qızıl alışları da güclənib – göstərici əvvəlki rüblə müqayisədə 28% artaraq 220 tona yüksəlib.

Qızıl təklifi isə 3% artaraq 1310 tonla rüblük rekord səviyyəyə çatıb. Təxminən 55 tonluq artıq təklif birjadankənar bazar tərəfindən mənimsənilib.

Gundelik.az 

Exit mobile version