Oktyabr 13, 2026
Baku
Hadisə Xəbərlər

Qara dənizdə gəmiyə dron zərbələri endirildi: Ekipaj üzvləri arasında azərbaycanlılar da var

Bolqarıstan Baş naziri Rumen Radev Qara dənizdə gəmilərə yeni PUA hücumlarının olduğunu bildirib.

Bu barədə Gundelik.az Bolqarıstanın “Bta.bg” nəşrinə istinadən məlumat verir.

Rumen Radev hücumları “tamamilə qəbuledilməz” adlandırıb.

Məlumata görə, bununla bağlı Bolqarıstan Nazirlər Şurasının Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.

Radevin sözlərinə görə, Byaladan 18 dəniz mili şərqdə yerləşən gəmi üç PUA (dron) tərəfindən vurulub. Gəmidə həmçinin Azərbaycan vətəndaşları da olub:

“Təcili reaksiya qüvvələrimiz dərhal səfərbər edildi. Sərhəd polisi ekipajı gəmidə olan hər kəsi xilas etdi: yeddi Ukrayna vətəndaşı və səkkiz Azərbaycan vətəndaşı”.