Oktyabr 13, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan iqtisadiyyatı nə qədər böyüyəcək? – PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) bu il Azərbaycanda iqtisadi artımın 1,7% olacağını proqnozlaşdırır.

Gundelik.az xəbər verir ki, bu barədə BVF-nin “Dünya İqtisadi Perspektivləri” hesabatında deyilir.

Fond 2027-ci ildə Azərbaycan iqtisadiyyatının 2,3% artacağını gözləyir.

BVF-nin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,8%, 2027-ci ildə isə 5,6% təşkil edəcək.

Fondun mütəxəssisləri Azərbaycanda işsizliyin 2026-cı ildə 5,3 %, 2027-ci ildə 5,2 % olacağını proqnoz edib.

Eyni zamanda, qurum 2026-cı ildə Azərbaycanın cari əməliyyatlar hesabının profisitinin ümumi daxili məhsulun (ÜDM) 11,3 %-ni, 2027-ci ildə isə 9,8 %-ni təşkil edəcəyini gözləyir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb.