İsrail ordusu şənbə günü Qəzza şəhərinin yaxınlığında Raed Saadı- Həmasın hərbi istehsal bölməsinin komandirini həyata keçirilən hava hücumu nəticəsində öldürüb. O, oktyabr ayında atəşkəs razılaşması qüvvəyə mindikdən bəri öldürülən ən yüksək rütbəli Həmas üzvü olub.
Həmas şənbə günü Qəzza şəhərinin yaxınlığında bir avtomobilə edilən İsrail hava hücumunda yüksək rütbəli komandirin öldürüldüyünü təsdiqləyib.
Həmasın bəyanatında Raed Saad-ın hərbi istehsal bölməsinin komandiri olduğu bildirilib və bu hadisə atəşkəs razılaşması qüvvəyə mindikdən sonra ən yüksək səviyyəli Həmas rəsmisinin öldürülməsi kimi qiymətləndirilir.
Xəstəxana rəsmilərinin verdiyi məlumata görə, hücum nəticəsində 4 nəfər həlak olub, 25 nəfər isə yaralanıb.
Həmasın baş nümayəndəsi Xalil əl-Hayya bildirib ki, bu hücum atəşkəsin başlanmasından bəri İsrail tərəfindən edilən bir sıra pozuntulardan sadəcə biridir. Televiziya çıxışında əl-Hayya əlavə edib ki, İsrailin bu pozuntuları razılaşmanın həyata keçməsini təhlükəyə atır.
Mənbə: Euronews.az
Tərcümə etdi: Gülçin Abdullayeva
Gunhdelik.az
