Amerikanın “OpenAI” şirkəti “Windsurf” startapını almaq üçün qabaqcıl danışıqlar aparır.
Gundelik.az xəbər verir ki, bu barədə “Bloomberg” öz mənbələrinə istinadən yazıb.
Nəşrdə müqavilənin təxminən 3 milyard dollar dəyərində qiymətləndirildiyini və bunun Sam Altmanın şirkətinin tarixində ən böyük alış olduğunu qeyd olunub.
Agentliyin mənbəsi qeyd edib ki, müqavilənin şərtləri hələ razılaşdırılmayıb və lakin danışıqlar tez bir zamanda başa çata bilər.
Qeyd edək ki, “Windsurf” 2021-ci ildə yaradılıb. Startap proqram kodunun yazılması üçün süni intellekt köməkçisi hazırlayır. Keçən il şirkət ən son maliyyələşdirmə mərhələsində 150 milyon dollar cəlb edərək, dəyərini 1,25 milyard dollar dəyərində qiymətləndirdi.
“Bloomberg”in məlumatına görə, “Windsurf” hazırda startapı düz 3 milyard dollar dəyərində qiymətləndirəcək yeni maliyyələşdirmə mərhələsi üçün danışıqlar aparır.
Gundelik.az

