İsrailin Baş Naziri Benyamin Netanyahu ABŞ və İran arasında atəşçəsin Tel-Əvivlə “tam koordinasiya” çərçivəsində əldə edildiyini iddia edərək, onların “yüksək hazırlıq vəziyyətində” olduqlarını və istənilən vaxt hücumları bərpa etməyə hazır olduğunu əlavə edib.
ABŞ-a qarşı həyata keçirilən hücumlar səbəbindən İranın əvvəlkindən daha zəif olduğunu iddia edən Netanyahu bildirib: “ABŞ və İran arasındaki proses son anda gözlənilməz deyil, tam koordinasiyanın nəticəsidir. Strateji məqsədlərimizə ya diplomatik yolla, ya da ərazidə yenidən münaqişə yolu ilə nail olacağıq. İsrail ordusu isdənilən an müharibəyə qayıtmağa hazırdır.”
ABŞ prezidenti Trampın Hörmüz boğazının tam aşılması şərti ilə İranla iki həfdəlik qarşılıqlı müvəqqəti atəşkəsə razılaşdığını açıqlamasından sonra İsrail müxalifətindən hökümətə qarşı sərt tənqidlər davam edir. Mətbuatda Trampın İsrailin də daxil olduğu ABŞ və İran arasında müvəqqəti atəşçəslə bağlı qərarların son anda Netanyahu hökümətinə bildirdiyini deyib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: CNN
Gundelik.az

