Gundelik.az Dünya O, bunu təmin etmək üçün Avropalı müttəfiqlərinə “ultimatum” verdi
Dünya Xəbərlər

O, bunu təmin etmək üçün Avropalı müttəfiqlərinə “ultimatum” verdi

ABŞ prezidenti Donald Trampın Avropalı müttəfiqlərinə Hörmüz boğazının təhlükəsizıiyini təmin etmək üçün döyüş gəmiləri və ya digər hərbi resurslar ayırmaq üçün bir neçə gün vaxt verdiyi iddia edilir. “Der Spiegel” jurnalının adı açıqlanmayan avropalı diplomatlara istinadən verdiyi məlumata görə, prezident Trampın Avropalı müttəfiqlərinə Hörmüz boğazının təhlükəsizliyini təmin etmək üçün “ultimatum” verdiyi iddia edilir.

Xəbərlərə görə, NATO-nun baş katibi Mark Rute Ağ Evdə ABŞ prezidenti Tramp ilə görüşüb və Trampın görüş zamanı Avropa ölkələrindən “konkret addımlar” atmalarını isdədiyini bildirib. Məlumatda həmkinin Ruttenin Avropa liderlərinə “Trampın Avropadan bölgəyə hərbi gəmilər və ya digər hərbi qüvvələr göndərmək üçün konkret öhdəliklər gözləyirdi” kimi fikirlər bildirilib.

Xəbərlərdə Trampın bir neçə gün ərzində müttəfiqlərindən “siyasi vədlər” əvəzinə “konkret addımlar” gözlədiyi verğulanaraq, bu tələbin Avropa liderləri üçün “ultimatum” olduğunu iddia edib. Avropa müttəfiqləri, xüsusən də Almaniya, ABŞ və İsrailin İrana hücum etməzdən əvvəl onlarla məsləhətləşmə aparmadığını bildirərək, Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün dəniz qüvvələri göndərməkdə indiyə qədər tərəddüd ediblər. Almaniya kansleri Fridrix Merts əvvəllər ABŞ və İsraili münaqişəyə son qoymaq üçün aydın strategiyaya malik olmadıqlarına görə tənqid etmişdi.

Tərtib edən: Cəfərova Kəamlə

İstinad: CNN

Gundelik.az

Exit mobile version