Gundelik.az Ölkə “Elmlər Akademiyası”ndan “Həzi Aslanov”a ekspres marşrut fəaliyyətə başlayır
Ölkə Xəbərlər

“Elmlər Akademiyası”ndan “Həzi Aslanov”a ekspres marşrut fəaliyyətə başlayır

“Bakı Metropoliteni” QSC-də xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərin ictimai nəqliyyata əlçatanlığının artırılması məqsədilə aparılmış təhlillərə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) dəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

Bu barədə Gundelik.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Məlumata əsasən, metronun “Elmlər Akademiyası” və “Nizami” stansiyalarından “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu”, “Əhmədli” və “Həzi Aslanov” stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bildirilib ki, avtobusların “Elmlər Akademiyası” metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.

Exit mobile version