Avqust 23, 2026
Baku
Dünya Hadisə Xəbərlər

Kiyevə kütləvi dron hücumları başlayıb

Ukrayna paytaxtı Kiyevin mərkəzinə avqustun 12-si gündüz yerli vaxtla saat 13:30 radələrində reaktiv dronlar ilə kütləvi hücumlar başlayıb.

Gundelik.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ordusunun reaktiv dronları paytaxtın mərkəzi rayonlarını hədəf alıb.

Hazırda Ukrayna Hava hücumundan müdafiə qüvvələri hücumların qarşısını almağa çalışır.

Dronların Belarus ərazisindən atıldığı bildirilir.