İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Keçmiş məcburi  köçkünlərin reinteqrasiya tədbirlərinə 2,9 milyon manat ayrıldı

Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu işlər çərçivəsində mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına geri dönürlər. Bir sözlə, Qarabağda həyat yenidən dirçəlir.

Gundelik.az-ın əldə etdiyi məlumata görə, əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin təşkilinə də sərf olunacaq vəsaitin həcmi müəyyənləşdirilib.

Belə ki, sözügedən işlərin yerinə yetirilməsi ilə əlaqədar olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi İctimai Birliyi ilə müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ictimai birliyə 2 888 468 manat ödənilib.

Gundelik.az