Keçmiş məcburi köçkünlərin reinteqrasiya tədbirlərinə 2,9 milyon manat ayrıldı
Azərbaycanın azad edilmiş ərazilərində bərpa və quruculuq işləri uğurla davam etdirilməkdədir. Bu işlər çərçivəsində mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz dədə-baba yurdlarına geri dönürlər. Bir sözlə, Qarabağda həyat yenidən dirçəlir. Gundelik.az-ın əldə etdiyi məlumata görə, əhalinin geri qayıdışı, ərazilərdə dayanıqlı icmaların yaradılması və onların yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin və gəlirgətirən fəaliyyətlərin
