2025-ci il oktyabrın 1-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 4002-dən çox müraciət daxil olub.
Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat əldə edib.
Məlumata görə, daxil olan müraciətlərin 507-si 39 xarici ölkədən, 3495-i isə yerli sahibkarlar tərəfindən edilib.
4002 müraciətdən 2908-i investisiya layihələri olub. İnvestisiya layihələri üzrə müraciətlərin 60%-i ticarət və xidmətlər, 17%-i kənd təsərrüfatı, 14%-i sənaye, 9%-i isə tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahəsi üzrə qeydə alınıb.
Gundelik.az
