Gundelik.az Xəbərlər İqtisadiyyat Azad edilmiş ərazilərdə fəaliyyət üzrə nə qədər xarici sahibkar qeydiyyat üçün müraciət edib?
İqtisadiyyat Xəbərlər

Azad edilmiş ərazilərdə fəaliyyət üzrə nə qədər xarici sahibkar qeydiyyat üçün müraciət edib?

2025-ci il oktyabrın 1-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 4002-dən çox müraciət daxil olub.

Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat əldə edib.

Məlumata görə, daxil olan müraciətlərin 507-si 39 xarici ölkədən, 3495-i isə yerli sahibkarlar tərəfindən edilib.

4002 müraciətdən 2908-i investisiya layihələri olub. İnvestisiya layihələri üzrə müraciətlərin 60%-i ticarət və xidmətlər, 17%-i kənd təsərrüfatı, 14%-i sənaye, 9%-i isə tikinti, turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahəsi üzrə qeydə alınıb.

Gundelik.az

Exit mobile version