“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2020-2024-cü illədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinə 17,60 milyard manat vəsait ayırıb.
Bu barədə Gundelik.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat əldə edib.
Məlumata əsasən, təkcə bu il üzrə isə 4,30 milyard manat vəsait sərf olunacaq.
Eyni zamanda bildirilib ki, 2026-2029-cu illərdə Azərbaycanın dövlət büdcəsindən işğaldan azad edilmiş ərazilərin ( Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları) bərpasına və yenidən qurulmasına 13,5 milyard manat xərclənəcəyi nəzərdə tutulur.
Bununla da, 2020-2029-cu illər üzrə azad edilmiş ərazilərin bərpasına və yenidən qurulmasına ümumilikdə 35,4 milyard manat vəsaitin sərf olunacağı proqnozlaşdırlır.
Gundelik.az
