Gundelik.az Xəbərlər İqtisadiyyat Hindistan-Pakistan arasında müharibə, yoxsa səs-küy?
Dünya İqtisadiyyat Xəbərlər

Hindistan-Pakistan arasında müharibə, yoxsa səs-küy?

Hindistanla Pakistan yenə bir-birinə “dişini göstərir”. Bir sualı aktuallaşdırır: müharibə olacaq? Əgər bu iki ölkə açıq müharibəyə girsə, bunun dalğası təkcə Asiyada yox, bütün dünyada hiss olunacaq.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov fikirlərini bölüşüb.

Onun sözlərinə görə, müharibə dərinləşərsə, qlobal ərzaq təhlükəsizliyi ciddi zərbə alacaq: “Eyni zamanda atmosfer çirklənmsi iqlimi dəyişər, məhsuldarlıq düşər və əsl aclıq problemlemləri artar. Həmin region valyutaları təzyiq altına düşər, investorlar dərhal qaçar. Bir sözlə, iqtisadiyyat hədsiz zədə görər.
Geosiyasi baxımdan isə  Cənubi Qafqazda təsirlər hiss olunar. Silahlanma balansı təsilənər, layihələr ləngiyər, diplomatik proseslər dərinləşər”.

Lakin iqtisadçı hesab edir ki, bunların heç biri olmayacaq: “Çünki müharibə baş verməyəcək.
Çünki bu savaş nüvə dövlətləri arasında baş versə, nəticəsi “kim qalib gəldi?” yox, “kim sağ qaldı?” sualı olacaq. Heç bir qlobal gücə də bu ssenari sərf etmir. Ərzaq böhranı, enerji təlatümü, bazarların çöküşü, diplomatik domino effekti… Dünya bu riskə getməz”.

“Ona görə də bu bir az da “səs-küy diplomatiyasıdır”.  Bu dövrdə müharibə silahla yox, bazarlarla aparılır. Kimin silahı çoxdursa, qorxudur, kimin bazarı çoxdursa yaşayır”, – deyə E. Əmirov fikirlərini yekunlaşdırıb.

Gundelik.az

Exit mobile version