Polşanın baş naziri Donald Tusk Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qeydiyyatsız hədiyyəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər.
Gundelik.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” nəşri yazıb.
Məlumata görə, Türkiyə lideri Tuska Polşa kansleri Anjey Zaluskinin Osmanlı İmperiyasının baş vəzirinə 1745-ci ildə yazılmış məktubunu təqdim edib. Polşanın baş naziri unikal tarixi hədiyyənin fotosunu “X” sosial şəbəkəsində dərc edib.
Polşada müvafiq qanuna görə, minimum əmək haqqının yarısından çox dəyərində hədiyyə alan polşalı məmur onu aldıqdan sonra 30 gündən gec olmayaraq qeydiyyatdan keçirməlidir, lakin Tusk bunu etməyib.
Məlumata görə, hazırda Polşada minimum əmək haqqı 790 zloti (təxminən 197 dollar) təşkil edir. Tuskun aldığı hədiyyənin dəyərinin isə bu məbləğin yarısından dəfələrlə çox olduğu qeyd olunur.
Polşa hökuməti bu sənədin Tuskun özünə deyil, bütün Polşa xalqına hədiyyə olduğunu və Muzey Gecəsində baş nazirin kabinetində nümayiş etdiriləcəyini bildirib.
Baş nazirin aldığı hədiyyələrin kansleriyanın mülkiyyətində qaldığı və ya muzeylərə təhvil verildiyi izah edilir. Qeyd olunur ki, Polşa qanunvericiliyinə görə, qiymətli hədiyyənin dövlət reyestrinə daxil edilməməsi vəzifəli şəxsin üç il müddətinə azadlıqdan məhrum edilməsi ilə nəticələnə bilər.
Gundelik.az

