Araşdırmalar göstərir ki, mövsümi çəki dəyişiklikləri hər il tam sıfırlanmır. İl ərzində cəmi bir neçə yüz qramlıq artım illər keçdikcə ciddi çəki yığımına çevrilir.
ABŞ-da 165 nəfərin uzunmüddətli izlənildiyi araşdırmada insanların payız-qış aylarında orta hesabla təxminən 0,5 kiloqram kökəldiyi və bu çəkini sonrakı aylarda tam itirmədiyi müəyyənləşdirilib. Beləliklə, hər il kiçik bir “artıq” qalır və zamanla üst-üstə yığılır.
Yayın gizli təsirləri
Yay aylarında yuxu rejiminin pozulması, çöldə daha çox yemək, alkoqol qəbulu, nizamsız qidalanma və fiziki aktivliyin azalması çəki artımına səbəb olur. Payızda gün işığının azalması və hərəkətin azalması da bu prosesi gücləndirir.
Məsələn, ildə cəmi 0,5 kiloqram artıq çəki 15 il ərzində 7,5 kiloqrama çata bilər.
Payızda nə etmək olar?
Mütəxəssislər yaydan sonra gündəlik rejimə tədricən qayıtmağı tövsiyə edir:
Yuxu rejimini bərpa edin – hər gün eyni saatda yatıb-durun.
Alkoqolu azaldın və ya dayandırın – bu, həm əlavə kalori, həm də yuxu keyfiyyəti baxımından əhəmiyyətlidir.
Duz qəbulunu azaldın – xüsusilə çöldə yeməkdən sonra duzlu qidalara alışmış damaq zövqünü dəyişmək vacibdir.
Hazır və paketli qidalardan uzaqlaşın – təbii və evdə hazırlanmış qidalara üstünlük verin.
Sosial və fiziki aktivliyi qoruyun – idmana və dostlarla görüşlərə qayıtmaq payız keçidini asanlaşdırır.
Mütəxəssislərin fikrincə, piylənmə çox vaxt bir böyük səhvdən deyil, illər ərzində toplanan kiçik vərdişlərdən yaranır. Buna görə payızın ilk həftələri gündəlik rejimi yenidən qaydaya salmaq üçün yaxşı fürsətdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
