Sentyabr 10, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Güclü və uzunmüddətli stress ruh sağlamlığını təhdid edir

Gündəlik həyatın sürətli tempi, iş yükü, iqtisadi narahatlıqlar, ailə problemləri və artan məsuliyyətlər stressə səbəb olur. Lakin stressin uzun müddət davam etməsi və idarə olunmaması həm ruh, həm də fiziki sağlamlığa mənfi təsir göstərir.

Psixiatriya mütəxəssisi Dr. Akif Taşdemir bildirir ki, stressin ciddi problemə çevrilməsində onun müddəti, intensivliyi və gündəlik həyata təsiri əsas göstəricilərdir. Uzunmüddətli stress davamlı narahatlıq, əsəbilik, diqqət və yaddaş problemləri, motivasiya itkisi və yorğunluğa səbəb olur.

Fiziki əlamətlər də yarana bilər

Güclü stress yuxu pozğunluğu, baş ağrısı, əzələ gərginliyi, mədə-bağırsaq problemləri, ürəkdöyünmə və iştah dəyişiklikləri ilə də özünü göstərir. Sosial çevrədən uzaqlaşmaq və əvvəllər zövq verən fəaliyyətlərə marağın azalması da xəbərdarlıq əlamətlərindəndir.

Gündəlik həyata təsiri əsas göstəricidir

İşə və ya təhsilə diqqət yetirməkdə çətinlik, gündəlik məsuliyyətləri yerinə yetirə bilməmək, ailə və dostlarla münasibətlərin pisləşməsi, davamlı çarəsizlik və tükənmişlik hissi ciddi qəbul edilməlidir. Uzunmüddətli stress narahatlıq və depressiya əlamətlərinin yaranmasına və ya mövcud psixoloji problemlərin ağırlaşmasına səbəb olur.

Mütəxəssis stresslə mübarizə üçün müntəzəm yuxu, fiziki aktivlik, gündəlik rejim, yaxınlarla ünsiyyət və istirahətə vaxt ayırmağı tövsiyə edir.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az