Gundelik.az Dünya Fransanın Baş naziri istefa verir
Dünya Siyasət Xəbərlər

Fransanın Baş naziri istefa verir

Fransanın Baş naziri Fransua Bayru istefa ərizəsini təqdim etmək üçün prezident Emmanuel Makronla görüşmək məqsədilə Yelisey sarayına gəlib.

Gundelik.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Kadrlarda baş nazirin avtomobilinin polis müşayiəti ilə prezident iqamətgahına daxil olduğu əks olunub.

“The New York Times” yazır ki, Makronun yeni baş nazir tapmaqda çətinliklər yaşaması onun özü üçün də siyasi risklər yarada bilər. Almaniyanın “Berliner Zeitung” nəşri isə Fransa prezidentini siyasi səriştəsizlikdə ittiham edərək, onun Avropanı xaosa sürüklədiyini qeyd edib. Qəzet əlavə edib ki, Makron Ukraynaya qoşun göndərmək üçün “istəklilər koalisiyasına” rəhbərlik etməyə çalışsa da, hələlik ciddi nəticələr əldə olunmayıb.

Gundelik.az 

Exit mobile version