Gundelik.az Dünya Fransa ordusuna Rusiya ilə mümkün toqquşmaya hazırlaşmaq tapşırıldı
Dünya Siyasət Xəbərlər

Fransa ordusuna Rusiya ilə mümkün toqquşmaya hazırlaşmaq tapşırıldı

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandon bəyan edib ki, ölkə ordusu yaxın 3–4 il ərzində Rusiya ilə mümkün hərbi toqquşmaya hazır olmalıdır.

Gundelik.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

General Mandon bildirib ki, Fransa öz müdafiə qabiliyyətini gücləndirmək və ölkəni yenidən silahlandırmaq istiqamətində ciddi addımlar atmalıdır. Onun sözlərinə görə, Moskva Avropanı “kollektiv şəkildə zəif” hesab etdiyi üçün bölgədə münaqişə riski mövcuddur.

“Fransa özünə inamlı olmaq üçün lazım olan bütün imkanlara malikdir. Əgər potensial rəqiblərimiz bizim müdafiə olunmaq əzmimizi və hazırlığımızı görsələr, hücum etməmək qərarına gələ bilərlər”, – Mandon vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Rusiyanı yeni sanksiyalarla hədələyib. O, bildirib ki, Moskva Ukraynadakı münaqişənin həlli ilə bağlı razılıq verməsə, Paris və Vaşinqton Kiyev vasitəsilə yeni anti-Rusiya məhdudiyyətləri barədə danışıqlara başlayacaq.

Gundelik.az

Exit mobile version