Gundelik.az Dünya Fransa Putinin Budapeşt səfərinə sərt reaksiya verib
Dünya Siyasət Xəbərlər

Fransa Putinin Budapeşt səfərinə sərt reaksiya verib

Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiya Prezidenti Vladimir Putinin Avropa İttifaqına səfəri ilə bağlı kəskin mövqe bildirib. Nazir qeyd edib ki, Putin Aİ-yə yalnız qeyd-şərtsiz atəşkəs sazişi imzalamaq üçün daxil olmalıdır.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Barrot Rusiya ilə ABŞ arasında dialoqu faydalı hesab etdiyini vurğulayıb:
“Vladimir Putinin Avropa İttifaqına elan etdiyi səfər yalnız dərhal və qeyd-şərtsiz atəşkəsə gətirib çıxaracağı halda məna kəsb edir”, – o bildirib.

Xatırladaq ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqlardan sonra Tramp Budapeştdə Putinlə görüşmək ehtimalını açıqlayıb. O, Yaxın Şərqdə münaqişənin həllinin Ukrayna böhranı üzrə danışıqlara da müsbət təsir göstərəcəyinə inandığını bildirib.

Bundan öncə Rusiya XİN sözçüsü Mariya Zaxarova Aİ-nin Putinlə Trampın görüşünü pozmaq məqsədilə “aktiv təxribat hərəkətləri”nə əl atdığını bəyan etmişdi.

Gundelik.az 

Exit mobile version