Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Suriya məsələsində Rusiya və Amerika rəhbərliyi ilə sıx dialoq aparır.
Gundelik.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunmasını təmin etmək üçün Donald Tramp və Vladimir Putin də daxil olmaqla, bölgədəki nüfuzlu oyunçularla sıx dialoq aparır”, – nəşr yazıb.
Qeyd edək ki, bu ilin fevralında Ərdoğan və Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şaraa Ankarada Suriyada təhlükəsizlik və iqtisadi əlaqələrə dair danışıqlar aparıblar.
Xatırladaq ki, 2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib. Dekabrın 10-da İdlib vilayətində qondarma Qurtuluş Hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir keçid dövrü üçün Suriya hökumətinin başçısı təyin olunduğunu açıqlayıb.
Yanvarın 29-da “Həyat Təhrir əş-Şam”ın lideri Əhməd Əl Şaraa keçid dövrü ərzində Suriya prezidenti təyin edilib.
Gundelik.az

