Bu gün Ankara Fələstin Prezidenti Mahmud Abbası qəbul edəcək. Prezident Rəcəb Tayyib Ərdoğan qonağı rəsmi mərasimlə qarşılayacaq.
Gundelik.az xəbər verir ki, Türkiyə lideri görüşdən əvvəl şəhid, qazi və qazi ailələrinin dövlət müəssisələrində yerləşdirilməsi üçün keçiriləcək püşkatma mərasimində iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində başlayacaq.
Daha sonra Prezident Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası Prezident Külliyəsində rəsmi mərasimlə qarşılayacaq. İkitərəfli görüşün ardından iki lider Abbasın şərəfinə təşkil olunacaq rəsmi şam yeməyində bir araya gələcəklər.
Gundelik.az

