Gundelik.az Dünya Qırğızıstan miqrantların müdafiəsindən imtina edib
Dünya Siyasət Xəbərlər

Qırğızıstan miqrantların müdafiəsindən imtina edib

Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarının xaricdəki hüquqlarını qorumaqdan imtina edib.

Gundelik.az xəbər verir ki, bu barədə məlumatı ölkənin ombudsmanı Cəmila Camnbayeva “24.KG”yə açıqlamasında bildirib.

Ombudsman parlamentdə deputatın miqrantlar üçün ayrıca ombudsman institutunun yaradılması ilə bağlı sualına cavab olaraq qeyd edib: “Biz bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə sorğu göndərdik. Nazirlik cavabında bildirdi ki, bu məqsədəuyğun deyil və onlar vəziyyəti özləri həll edirlər”.

Xatırladaq ki, bu ilin iyununda Qırğızıstanın Rusiyadakı səfiri Kubanıçbek Bokontayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda çıxışı zamanı miqrantların övladlarına xüsusi yanaşma göstərilməsinə çağırmışdı. O, həmçinin xarici vətəndaşların uşaqlarının rus məktəblərinə qəbulunda rus dilindən məcburi imtahan verilməsi məsələsinə münasibət bildirmişdi.

Gundelik.az 

Exit mobile version