Gundelik.az Xəbərlər İqtisadiyyat “Zəngəzur Dəhlizi: Azərbaycanın iqtisadi gələcəyinin açarı” -Samir Heydərov
İqtisadiyyat Müsahibə

“Zəngəzur Dəhlizi: Azərbaycanın iqtisadi gələcəyinin açarı” -Samir Heydərov

Zəngəzur Dəhlizi, Azərbaycan üçün təkcə yeni nəqliyyat marşutu deyil ,həm də iqtisadi inkişafın, regional ticarətin və strateji üstünlüyüm vacib qapısıdır. Bu layihə ölkəmizin beynəlxalq logistika xəritəsində mövqeyini gücləndirir, yeni bazara çıxış imkanlarını genişləndirir və milli iqtisadiyyatın dayanıqlığını mühüm töhfə verir. Məsələyə daha da  peşəkar  yanaşmaq üçün  iqtisadçı ekspert  Samir Heydərova suallar ünvanladıq.

Müsahibəni sizə təqdim edirik.. 

Samir müəllim,  Zəngəzur dəhlizinin açılması Azərbaycanın iqtisadiyyatına hansı yeni imkanlar yaradacaq?

 

–   İlk öncə onu qeyd edək ki, Zəngəzur Azərbaycanın tarixi ərazisidir. XIX əsrdə Çar Rusiyası tərkibində Yelizavetopol quberniyasının (indiki Gəncə) tərkibində idi. 1918 -1920 ci illərdə Azərbaycan Xalq Cumhuriyyəti dövründə Zəngəzur rəsmi olaraq  Azərbaycanın tərkibində idi. Əhalinin əksəriyyəti etnik olaraq Azərbaycan türklərindən ibarət idi.Lakin bu illərdə ermənilər mütəmadi olaraq Azərbaycan kəndlərinə silahlı hücumlar təşkil edirdilər.1920 ci ilin noyabr -dekabr aylarında Sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Zəngəzurun böyük hissəsi Ermənistana verildi.Yalnız kiçik bir hissəsi Naxçıvanla sərhəddə yerləşın ərazilər (Ordubad,Kəngərli il bağlı ərazilər)  Azərbaycanın tərkibində qaldı. Burda siyasi strateji məqsəd Azərbaycanın Türkiyə ilə quru əlaqəsini kəsmək idi . Əsasən Mehri və ətraf ərazilər Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasındakı quru əlaqəni kəsdi. 1921-ci il Moskva və Qars müqaviləsinə görə Naxçıvanın Azərbaycan tərkibində qalması beynəlxalq səviyyədə təsdiqləndi,amma Zəngəzurun böyük hissəsi
Ermənistanın tərkibində qaldı. İndiki halda Zəngəzur Dəhlizi Azərbaycanın qərb bölgələrini, Naxçıvan Muxtar Respublikasını ölkənin əsas hissəsi ilə birləşdirəcək və eyni zamanda Türkiyəyə birbaşa quru çıxışını təmin edə biləcək beynəlxalq nəqliyyat marşurutudur. Dəhliz Zəngəzurdan keçir.Ermənistan ərazisidən keçən hissə təxminən 40-43 km təşkil edir. Azərbaycanın daxilində Mehri sərhədindən Ordubada qədər və Naxçıvan ərazisində əlavə dəmir yolu və avtomobil yolu infrastrukturu inşa ediləcək. Zəngəzurun strateji əhəmiyyəti böyükdür.Bu dəhliz vasitəsilə Naxçıvana çıxış imkanı və Türkiyəyə birbaşa quru əlaqəsi yaratmaq mümkün olacaqdır.Eyni zamanda Türk Dünyası üçündə strateji əhəmiyyəti vardır.Qazaxstan, Özbəkistan, Qırğızıstan,Türkmənistan, Türkiyə ilə bir başa nəqliyyat əlaqələrinin güclənməsi mümkün olacaqdır.
Beynəlxalq ticarət üçün strateji əhəmiyyəti böyükdür.Beləki, Zəngəzur Çin -Orta Asiya -Azərbaycan-Türkiyə -Avropa (Orta Dəhliz) marşurutunun əsas həlqəsidir.

Zəngəzur Dəhlizinin açılmasınin Aəzrbaycan İqtisadiyyatına böyük faydaları olacaqdır.Azərbaycan quru yolla birbaşa Türkiyə və Avropa bazarlarına çıxış əldə edəcəkdir.Bu da ixrac və idxal xərclərini azaldaraq xarici ticarətin rentabelliyini artıracaqdır.İqtisadi mərkəzlərin hesablamalarına görə biinci il dəhlizin açılması nəticəsində Azərbaycanın ixracı təxminən 710 milyon ABŞ dolları artacaqdır. Eyni zamanda Bakı-Naxçıvan hava əlaqəsi üçün xərclənən 10 milyon dollarlıq subsidyalar ortadan qalxacaqdır. Dəhliz Çin -Mərkəzi Asiya -Qafqaz-Türkiyə-Avropa marşurutunu qısaldaraq Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini artıracaq və gömrük və lojistika gəlirlərini artıracaqdır.
Yeni dəmir yolu və avtomobil yolları regionda logistika mərkəzlərinin və anbar şəbəkələrinin yaranmasına şərait yaradacaqdır. Sənaye və Kənd təsərrüfatı ixracı üçün yeni imkanlar yaranacaqdır.Azərbaycanın kənd təsərrüfatı məhsullarını daha ucuz şəkildə Türkiyə,Avropa və Yaxın Şərq bazarlarına çıxarmaq mümkün olacaqdır. Dəhlizin fəaliyyəti regionda sabitlik yaradaraq investisiya mühütini yaxşılaşdıracqdır.

 Samir müəllim, Dəhliz vasitəsilə türk dünyası ölkələri ilə iqtisadi inteqrasiya necə güclənə bilər?

  –  Çin – Mərkəzi Asiya-Azərbaycan-Türkiyə – Avropa arasında birbaşa logistika əlaqəsi yaranmaqla quru nəqliyyatı daha rentabelli olacaqdır. Türkiyə ticarət Nazirliyinin verdiyi məlumatlara əsasən bu dəhlizin açılması nəticəsində Azərbaycan Türkiyə arsındakı məsafə 260 km qısalacaqdır. Bu da yük
daşımalarının sürətini və həcmini artıracaqdır. Birgə sənaye və investisiya layihələri həyata keçirilməklə türk dövlətləri arasında ortaq müəssisələrin yaradılması asanlaşacaqdır. Mərkəzi Asiya təbii qazının və neftinin Avropa bazarlarına çıxarılması üçün alternativ marşurut yaranacaqdır. Dəhliz həm regiondaxili həmdə beynəlxalq turuzm marşurutlarını gücləndirəcək,Türk Dövlətləri arasında mədəni və iqtisadi əlaqələri gücləndirəcəkdir.

Suallara aydınlıq gətirdiyi üçün  Samir Heydərova təşəkkür edirik.
Gundelik.az
Exit mobile version