Gundelik.az Dünya Qırğızıstanın Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirilib
Dünya Xəbərlər

Qırğızıstanın Cəlalabad şəhərinin adı Manas olaraq dəyişdirilib

Qırğızıstanın cənubunda yerləşən Cəlalabad vilayətinin inzibati mərkəzi olan Cəlalabad şəhərinin adı rəsmi olaraq “Manas” adlandırılıb.

Gundelik.az xəbər verir ki, ad dəyişikliyi ilə bağlı qərar parlament tərəfindən sentyabrın 10-da qəbul edilib, prezident Sadir Çaparov tərəfindən sentyabrın 17-də imzalanıb və sentyabrın 27-də rəsmi olaraq qüvvəyə minib.

Şəhərin adının dəyişdirilməsinə həsr olunmuş rəsmi mərasim şəhərin yuxarı hissəsində keçirilib. Tədbirdə Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini və Dövlət Milli Təhlükəsizlik Komitəsinin sədri Kamçıbek Tasiyev, yerli rəsmilər və çoxsaylı sakinlər iştirak ediblər.

Mərasim zamanı şəhərin köhnə “Cəlalabad” yazılmış loqosu çıxarılaraq, üzərində “Manas” yazısı olan yeni loqo təqdim olunub. 8 metr hündürlüyündə və ağ rəngdə hazırlanan yeni loqo işıqlandırılaraq ictimaiyyətə nümayiş etdirilib.

Çıxış edən Kamçıbek Tasiyev şəhərin adının dəyişdirilməsinin Qırğızıstan üçün strateji qərar olduğunu vurğulayıb:“Biz Manasa layiq olmalıyıq. Şəhərimiz inkişaf etməli və çiçəklənməlidir. Bu, sadəcə ad dəyişikliyi deyil, xalqımızın birliyini, tarixini və gələcəyə inamını əks etdirən mühüm addımdır.”

Tədbir atəşfəşanlıqla yekunlaşıb, yerli incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.

Yeni qərara əsasən, Manas şəhəri Qırğızıstanın Bişkek və Oş şəhərlərindən sonra ölkənin üçüncü ən böyük şəhərinə çevrilməsi istiqamətində inkişaf etdiriləcək.

Gundelik.az 

Exit mobile version