Bu ilin yanvar-noyabr aylarında Çin ilə Rusiyanın ticarət dövriyyəsi illik müqayisədə 8,7% azalaraq 203,67 milyard dollar təşkil edib.
Gundelik.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir.
Bu dövrdə Çindən Rusiyaya ixrac 11,9% azalaraq 91,6 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac isə 5,9% azalaraq 112,07 milyard dollar olub.
Beləliklə, yanvar-noyabr aylarında müsbət saldo 20,47 milyard dollara çatıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,3% çoxdur.
