Gundelik.az Xəbərlər İqtisadiyyat Çin ilə Rusiyanın ticarəti 200 milyard dolları ötdü
İqtisadiyyat Xəbərlər

Çin ilə Rusiyanın ticarəti 200 milyard dolları ötdü

Bu ilin yanvar-noyabr aylarında Çin ilə Rusiyanın ticarət dövriyyəsi illik müqayisədə 8,7% azalaraq 203,67 milyard dollar təşkil edib.

Gundelik.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatında deyilir.

Bu dövrdə Çindən Rusiyaya ixrac 11,9% azalaraq 91,6 milyard dollar təşkil edib. Rusiyadan Çinə ixrac isə 5,9% azalaraq 112,07 milyard dollar olub.

Beləliklə, yanvar-noyabr aylarında müsbət saldo 20,47 milyard dollara çatıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 42,3% çoxdur.

Exit mobile version