İyul 16, 2026
Baku

Xəbərlər

Ölkə Xəbərlər

Ev almaq istəyənlər üçün şad xəbər: nizamnamə kapitalı artırıldı  

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85.00 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 milyon manatın ayrılması ilə mümkün olub. Gundelik.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov fikirlərini bölüşüb. O bildirib

Read More
Dünya Xəbərlər

Aİ Rusiya neft və qazından imtina edəcək

Amerika rüsumlarını azaltmaq üçün Avropa İttifaqı Rusiya neft və qazından tamamilə imtina edərək ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və nüvə yanacağını alacaq. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki m, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampla görüşdən sonra deyib. O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında bağlanmış saziş Rusiyadan neftdən

Read More
Dünya Siyasət Xəbərlər

Qətər Trampa təyyarə hədiyyə etdi

ABŞ-nin müdafiə naziri Pit Heqset və onun qətərli həmkarı Səud Bin Əbdülrəhman Əl Tani iyulun 7-də sənəd imzalayıblar. Sənəddə Qətərin könüllü olaraq Pentaqona prezident təyyarəsi kimi istifadə üçün nəzərdə tutulmuş “Boeing 747-8” təyyarəsi bağışlaması vurğulanıb. Bu barədə Gundelik.az “CNN Air Force One”a istinadən xəbər verir. Nəşrin məlumatına görə, telekanalın bir nüsxəsini gördüyü anlaşma memorandumu “ABŞ-nin

Read More
Mədəniyyət və cəmiyyət Xəbərlər

Elşad Musayev “Loru” futbol komandasını təltif etdi

Bu gün Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Qərbi Azərbaycan Kuboku” mini futbol turnirində qazandıqları qələbəyə görə “Loru” komandasını Fəxri Fərmanla təltif etdi. Tədbiri giriş sözü ilə açan millət vəkili Elşad Musayev öncə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın vacibliyindən və bu istiqamətdə dövlətimizin apardığı uğurlu siyasətdən danışdı, sonra komanda üzvlərini qazandıqları

Read More
Siyasət Xəbərlər

PA rəsmisi: Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir. Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərində əsaslı dəyişikliklər baş verməyib, lakin son

Read More
Siyasət Xəbərlər

Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Gundelik.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün işlər davam etdirilir: “Bəzən ölkələr kağız üzərində sülh sazişi

Read More
Siyasət Xəbərlər

İlham Əliyev Maldiv Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb. Gundelik.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edirəm. Son dövrdə Azərbaycan ilə Maldiv arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi və yeni məzmunla

Read More
Ölkə Xəbərlər

Vüqar Qurbanov bu xəstəxanaya direktor təyin etdi

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru vəzifəsinə təyinat olub. Gundelik.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Vüqar Qurbanov əmr imzalayıb. Müvafiq əmrlə Ravil Həbib oğlu Qənbərov Yardımlı RMX-nin direktoru vəzifəsinə təyin olunub. Gundelik.az  

Read More
Ölkə Xəbərlər

“Azərbaycan Ordusunda bir sıra tədbirlər görülür” – RƏSMİ

Son vaxtlar davam edən anomal istilər ilə əlaqədar Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında istivurma və günvurma hallarının qarşısının alınması məqsədilə birlik, birləşmə və hərbi hissələrdə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində bir sıra tədbirlər həyata keçirilib.  Müdafiə Nazirliyindən Gundelik.az-a bildirilib ki, hərbi qulluqçuların istivurma və günvurmadan qorunması, profilaktıkası, tibbi yardımın göstərilməsi, sanitariya maarifi işlərinin aparılması

Read More
Ölkə Xəbərlər

Bu yollarda hərəkət məhdudlaşdırılacaq – Sürücülərin nəzərinə

26 iyul səhər saatlarından başlayaraq 27 iyul axşam saatlarına qədər aşağıdakı ünvanlarda yol təmir işləri aparılacaq. Bu barədə Gundelik.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.   Bildirilir ki, təmir işləri ilə əlaqədar aşağıda qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən və tam olmaqla məhdudlaşdırılacaqdır. Nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılacağı yollar: – Bakı şəhəri, Nəsimi

Read More