İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Elşad Musayev “Loru” futbol komandasını təltif etdi

Bu gün Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Qərbi Azərbaycan Kuboku” mini futbol turnirində qazandıqları qələbəyə görə “Loru” komandasını Fəxri Fərmanla təltif etdi.
Tədbiri giriş sözü ilə açan millət vəkili Elşad Musayev öncə tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdışın vacibliyindən və bu istiqamətdə dövlətimizin apardığı uğurlu siyasətdən danışdı, sonra komanda üzvlərini qazandıqları qələbəyə görə təbrik etdi, uğurlar arzuladı.
Yemək süfrəsi arxasında davam edən görüşdə “Loru” futbol komandasının rəhbərliyi Vüqar Hacıyev və Elman Məmmədov  Elşad Musayevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
BAP Mətbuat Xidməti
Gundelik.az