Amerika rüsumlarını azaltmaq üçün Avropa İttifaqı Rusiya neft və qazından tamamilə imtina edərək ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və nüvə yanacağını alacaq.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki m, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ABŞ prezidenti Donald Trampla görüşdən sonra deyib.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında bağlanmış saziş Rusiyadan neftdən tamamilə imtina etməklə böyük həcmdə Amerika LNG və nüvə yanacağının alınmasını ehtiva edir.
Fon der Leyenin sözlərinə görə, Aİ ölkələri hələ də həddindən artıq çox Rusiya qazı alır və Rusiya nefti hələ də Aİ-yə “arxa qapıdan” daxil olur. O bildirib ki, Aİ artıq Rusiyanın enerji resurslarını istəmir.
İyulun 22-də Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt Rusiya neftindən və qazından heç vaxt imtina etməyəcək.
Bundan əvvəl Rusiya Aİ-nin sanksiyalarının Avropaya bumeranq olacağını bəyan etmişdi.
Gundelik.az
