Azərbaycanda xanəndə vəfat etdi
Bərdə şəhər Bülbül adına 1 saylı uşaq incəsənət məktəbinin müəllimi dünyasını dəyişib. “Unikal”ın məlumatına görə, məktəbin xanəndə ixtisası üzrə müəllimi Rəhman Təhməzov vəfat edib. Gundelik.az
İyulun 28-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən Gundelik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması
Bu ilin iyulun 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1,588 milyard manat təşkil edib. Gundelik.az bu barədə Mərkəzi Bankdan məlumat əldə edib. Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 92,6 milyon manat (6,2%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 224,1 milyon manat (16,4%) artıb. Belə ki, nəqliyyat sahəsi üzrə banklar
Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə, “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi Milli QHT Forumunda “QHT-lər, media və süni intellekt” mövzusunda panel keçirib. Mərkəzin rəhbəri Dilqəm Əhməd süni intellektdən istifadənin genişləndiyini bildirib. Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli iştirakçıları süni intellektin inkişafı fonunda cəmiyyətin maarifləndirilməsində, etik dəyərlərin qorunmasında və dezinformasiya ilə mübarizədə daha fəal olmağa çağırıb.
ABŞ senatoru Lindsi Qrem Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevə müraciət edərək, Moskvanın Ukraynadakı münaqişəni danışıqlar yolu ilə həll etməkdən imtina etməsinin mümkün nəticələri ilə hədələyib. Gundelik.az xəbər verir ki, bu barədə siyasətçi sosial media hesabında paylaşım edib. “Rusiyada prezident Donald Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişəni sona çatdırmaqda ciddi olmadığını düşünənlərə: siz və tərəfdarlarınız
Yazıçı, ədəbiyyatşünas İlahə Səfərzadənin “Naməlum məktub” romanı Türkiyədə nəşr olunub. Türkiyə oxucuları tərəfindən sevilən, oxunan bu kitab elə Azərbaycanda da rəğbətlə qarşılanıb. Qeyd edək ki, İlahə Səfərzadə üç roman və çoxsaylı hekayələrin müəllifidir. Türkiyədə “Gölgeler arasında” adı ilə nəşr olunmuş romanda bir sıra sosial məsələlərə toxunulmuşdur. Kitab “Liz yayınları” tərəfindən İstanbulda nəşr olunmuşdur. Gundelik.az
İordaniya Xarici İşlər naziri Ayman əs-Səfədi və Səudiyyə Ərəbistanı Xarici İşlər naziri Feysəl bin Fərhan ölkələri Fələstin dövlətini tanımağa çağırıb. Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, onlar Birləşmiş Millətlər Təşkilatının (BMT) yüksək səviyyəli Beynəlxalq Konfransında Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həll yolunun həyata keçirilməsi mövzusunda çıxış ediblər. Səfadi ədalətli sülhün
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində mərkəzində atışma nəticəsində beş nəfər həlak olub. Gundelik.az bu barədə CNN-ə istinadən xəbər verir. Rəsmi məlumatlara görə, Manhettenin mərkəzində atışma nəticəsində dörd nəfər, o cümlədən Nyu-York polisi həlak olub. Atıcı özü də ölüb. Polis komissarı Jessica Tisş sosial mediada yazıb: “Hazırda hadisə yeri mühafizə olunub və tək atəş açan
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2 ədəd sərnişin yük avtomobilləri (Pikap) alır. Gundelik.az xəbər verir ki, bununla bağlı idarə müvafiq işlərə yekun vurub. Qurum avtomobillərin “Toyota Abşeron Center” MMC-dən satın alınması ilə bağlı müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 133 600 manat ödənilib. Gundelik.az
Rusiyanın şovinist siyasətçiləri, Kremlin nəzarətindəki jurnalistlər və “Z-blogerlər” Azərbaycana qarşı yeni mövzu tapıblar. Bunların “məntiqinə” görə Azərbaycan Ukraynaya qaz nəql etməklə guya Rusiya əleyhinə siyasətini gücləndirmiş olub. Bunu elə yazırlar ki, sanki Azərbaycanla münasibətlərin pozulmasında raketlə vurulan təyyarə olayı olmayıb, o cümlədən soydaşlarımız Rusiya şəhərlərində zorakılığa məruz qalmayıblar. Gundelik.az xəbər verir ki, bu barədə politoloq