İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Dövlət xidməti “pikap”lar alır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində Regional Su Meliorasiya Xidməti Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2 ədəd sərnişin yük avtomobilləri (Pikap) alır.

Gundelik.az xəbər verir ki, bununla bağlı idarə müvafiq işlərə yekun vurub.

Qurum avtomobillərin “Toyota Abşeron Center” MMC-dən satın alınması ilə bağlı müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 133 600 manat ödənilib.

Gundelik.az